O, Aygün Kazımovanın yolunda bu əzaba dözdü... - VİDEO

Müğənni Aslan Hüseynov Xalq artisti Aygün Kazımovaya görə 3 çiy yumurta içməyə məcbur qalıb. .BAKU.WS xəbər verir ki, bu "Hər şey daxil" verilişində baş verib.
Aparıcı-prodüser Tarix Əliyev (Tolik) proqram zamanı oyun edib. O, kağızlar qoyaraq Aslandan birini seçməsini istəyib. Oyunun şərtlərinə uyğun olaraq iştirakçı kağızda adı çıxan müğənninin sosial şəbəkədə yayımladığı fotoya tənqid yazmalıdır.
Aslanın seçdiyi kağızdan Xalq artisti Aygün Kazımovanın adı çıxıb. O, Divanın fotosuna tənqidi şərh yazmamaq üçün oyunun cəzasını qəbul edib.Aslan efirdə 3 ədəd çiy yumurta içib. Daha sonra halının pisləşdiyini, ürəyinin bulandığını deyib.
Oxşar xəbərlər
Aygün Kazımova: Bütün qayda-qanunlar pozulacaq! - FOTO
Bütün qayda-qanunlar pozulacaq! Bu sözlər xalq artisti Aygün Kazımovaya məxsusdur.BAKU.WS-in məlumatına görə, Azərbaycan estradasının divası dünən paytaxtın "Ma...
