SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər TV-nin aparıcısı Zaur Kamala qonşu kanal ATV-dən təklif gəlib. 

BAKU.WS 
xəbər verir ki, aparıcı qonağı olduğu "Hər şey daxil" verilişində ATV telekanalından daha yüksək maaşla iş təklifi aldığını açıqlayıb:

"Mən 21 ildir ki, bu kanaldan uzağa getmədim. Məni ATV-yə transfer etmək də istədilər. Maaşımı da çox verəcəkdilər, mən getmədim. Bu kanalda aparıcılara diqqət var. Ad-sana, şan-şöhrətə mən burada mindim, burada tanındım. Rəhbərlik tərəfindən diqqət varsa, bizdə də stimul yaranır, daha da qəşəng proqram aparırıq.

Şamxal müəllim həmişə deyib ki, aparıcının problemi olmamalıdır. Aparıcı ən gözəl paltarı geyinməlidir, ən gözəl yerdə istirahət etməlidir, ən gözəl maşını sürməlidir. Mənim aparıcım efirə dərdsiz-problemsiz çıxmalıdır".

Aysel
BAKU.WS
VİDEO