SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndində yaşayan Hafiz Məmmədov fitri istedada sahibdir. Eşitmə məhdudiyyətli gəncin ecazkar musiqi duyumu var. İkinci maraqlı məqam budur ki, onun səsi 38 yaşında vəfat edən mərhum sənətkar Səxavət Məmmədovun səsi ilə çox bənzərdir. Hətta eşidənlər onun ifasını mərhum sənətç8inin səsi ilə səhv salırlar.  

BAKU.WS
xəbər verir ki, "Elgizlə izlə" proqramının tapıb üzə çıxardığı Hafiz Məmmədov Ağcabədi şəhər Musiqi Məktəbinin təhsil alsa da, arzusu Səxavət Məmmədovun qardaşı Firuz Səxavətdən dərs almaqdır.

O, bu arzusunun izi ilə efirə gəlib. Verilişin aparıcısı Elgiz Əkbər onun bu arzusunu gerçəkləşdirəcəyinə söz verib.

Hafiz Səxavət Məmmədovu yamsılamadığını, bu səsin onun özünün olduğunu deyir:

"Mənim səsim onun səsinə bənzəyir. Çox adam deyir ki, mən onu yamsılayıram. Amma xeyr, yamsılamıram, mənim öz səsimdir".

Qeyd edək ki, Hafizin istedadını Ağcabədi şəhər Musiqi məktəbinin direktoru üzə çıxarıb. O, çobanlıq edərkən mahnı oxuyub və onun ifasını eşidən direktor Hafizin musiqi məktəbində təhsil almasını təmin edib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO