SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Şəbnəm Tovuzlu canavara zayes deməsindən danışıb.

BAKU.WS
xəbər verir ki, ifaçı bu sözünün müzakirələrə səbəb olmasını anlamadığını bildirib:

Tovuzlu "Hər şey daxil" verilişində qonaq olarkən canavarla dovşanı səhv salmasına aydınlıq gətirib:

"Əslinə qalanda orada elə böyük bir şey olmamışdı. Mən sadəcə orada bir az düşündüm. Aparıcı sualı düzgün qurmamışdı. Mənə dedi ki, qurdun adı nədir? Deyə bilərdi ki, qurd rus dilində necə səslənir? Orada böyük bir şey yox idi. Mənə sual veriləndə, sadəcə olaraq, bir az düşündüm".

Xatırladaq ki, "Üçümüz" verilişinin qonağı olan Şəbnəm aparıcılar Elcan Rəsulov, İslam Mehrəliyev və Anar Xəlilin ona zarafatla ünvanladığı sualları cavablandırıb. Şəbnəm "Nu, poqodi"dəki canavarın adı nədir" sualına "Nu, zayes, zayesdir. Amma yox, zayes dovşandır" cavabını verib.

Aysel
BAKU.WS
VİDEO