“Deyirlər, insan dar gündə tanınar. Yaxşı ki, mənim həyatımda varsan. Hər şey yaxşı olacaq”

BAKU.WS xəbər verir ki, "Toppuş bacı" kimi tanıdığımız aktrisa sosial şəbəkədə həyat yoldaşı Royal ilə birlikdə çəkilən fotosuna bu şərhi verib.

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın bu paylaşımı izləyicilərini təsirləndirib.

Qeyd edək ki, Tünzalə uşaqlıq yolu xərçəngindən əziyyət çəkir. Bir müddət əvvəl sağlamlığı normal hala düşsə də, son zamanlar xəstəliyi yenidən inkişaf etməyə başlayıb. Bədxassəli şiş boğazına qədər yayıldığından aktrisa kimya terapiya müalicəsini təkrarlamağa məcbur olub.

Aysel BAKU.WS
QALEREYA