VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xərçəng xəstəliyi aşkarlanan və dünən axşam saatlarında əməliyyat olunan əməkdar artist Tünzalə Əliyevanın vəziyyəti yaxşıdır.
 
BAKU.WS 
xəbər verir ki, aktrisa artıq reanimasiyadan palataya köçürülüb. 

Milli Onkoloji Mərkəzdə əməliyyat olan aktrisa düçar olduğu ginekoloji xəstəlikdən qurtulduğunu bildirib: "Uşaqlıq boynunda bədxassəli şiş var idi. Əməliyyat 5 saat davam etdi və şiş götürüldü. Peşəkar həkimlərimizin sayəsində mən bu dərddən qurtuldum. İnşəallah, sağ-salamat öz sənətimə dönəcəm, yenə də səhnəmizdə olacam".  

Toppuş bacı kimi tanıdığımız 45 yaşlı əməkdar artist xəstəliyi ilə bağlı yanlış şaiyələr yayanlara da sözünü deyib: "Yalandan xəbər yayanlara ki, mən xərçəng deyiləm, ümumiyyətlə xəstə deyiləm, üzümü onlara tutub deyirəm, başqasının xəstəliyi üzərində şou yaratmayın. Mən xəstə idim, dünən əməliyyat oldum, bu gün sağ-salamatam".

Zülfiyyə Qurbanova
BAKU.WS


\