VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva saçının keçəl qırxdırması anını əks etdirən videosunu sosial şəbəkədə paylaşıb.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, aktrisa paylaşımına öz təəssüratlarını bölüşüb: “İlk dəfə saçlarımın töküldüyünü görəndə narahat oldum. Düşündüm ki, qızım Zəhra görüb pis olacaq. Amma birdə baxdım ki, həyat yoldaşım məndən qabaq saçını keçəl edib ki, mənə rahat olsun. Düşündüm ki, saçlarımı kimə qırxdırım? Həyat yoldaşım dedi ki, mən ölmüşəm? Özüm qırxacam. Özü də qırxdı. Yaxşı ki, varımsan”.

Qeyd edək ki, Tünzalə uşaqlıq yolu xərçəngindən əziyyət çəkir. O, bir müddət əvvəl sağaldığını demişdi. Son günlər isə aktrisa xəstəliyin qayıtdığını, şişin boğazına qədər yayıldığını söyləyib.
BAKU.WS
VİDEO