SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda kişinin həyat yoldaşı tərəfindən döyülməsi ictimaiyyətdə müzakirələrə səbəb olub. Hadisəni birmənalı qarşılamayan sosial şəbəkə istifadəçiləri fərqli mövqelər nümayiş etdiriblər. Ərin arvadı tərəfindən kötəklənməsinə yumor hissi ilə qarşılayanlar, hətta "Kişilərə qarşı zorakılığa son qoyulsun!" şüarlı statuslar paylaşıblar.

BAKU.WS xəbər verir ki, yazıçı, ssenarist Yeganə Kərimzadənin yazdıqları ən çox diqqət çəkən paylaşımlardan biri olub.

Yeganə xanım da güclü cinsin nümayəndəsini döydüyünü etiraf edib:

"Mən də bir dəfə kişi döymüşəm, ərimi yox, qonşunun ərini. Arvadını çox döyürdü, səslər qulaq deşirdi, qadının üz-gözündən yumruq izi əksik olmurdu. Bir gün dözmədim, kişi bir yumruğumla yerə yıxıldı. Səhəri günü məndən üzr istəməyə gəldi. O gündən o evdə şiddətə son qoyuldu".


Xatırladaq ki, Xətai rayonu, Zığ yolu şossesində 1985-ci il təvəllüdlü Mirzəyev Zaur Camal oğlu həyat yoldaşı tərəfindən döyülərək xəsarətlər alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Qurbanova
BAKU.WS