Bakıda kişi həyat yoldaşı tərəfindən döyülüb.
BAKU.WS-in ONA-ya istinadla verdiyi xəbərə görə, hadisə Xətai rayonu, Zığ yolu şossesində baş verib.
1985-ci il təvəllüdlü Mirzəyev Zaur Camal oğlu həyat yoldaşı tərəfindən döyülərək xəsarətlər alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS