SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün tanınmış prodüser Emin Əfəndinin toyu olub. O, bloqqer Lalə ilə ailə həyatı qurub. 


BAKU.WS-in məlumatına görə, paytaxt restoranlarının birində baş tutan məclisi müğənni Azad Şabanov idarə edib. 

Cütlüyün xoş günündə bir çox tanınmış simalar - Xalq artistləri Zülfiyyə Xanbabayeva, Eyyub Yaqubov Əməkdar artistlər Röya Ayxan, Miri Yusif, Tünzalə Ağayeva, müğənnilər Zamiq Hüseynov, Elvin Mirzəzadə, aparıcılar Samir Bayramlı, Hacı Nuran Hüseynov, Tural Əsədov, Nəsib Nur, fotoqraf Zaur Nəcəfbəyov və başqaları iştirak ediblər. 

Qeyd edək ki, Emin Əfəndi müxtəlif dövrlərdə Miri Yusif, "Dəyirman" və "H.O.S.T." qruplarının prodüseri olub. Bundan əlavə, o, ATV-də "Bizim kimi" layihəsinin rəhbəri və aparıcısı olub. Eminin sevib-seçdiyi Lalə isə gözəllik bloqqeridir. Onun 65 minə yaxın "Instagram" izləyicisi var. 

Hüseyn Məmmədsalahov
BAKU.WS