SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bu dəyişiklik mənə çox təsir edib. Psixologiyam pozulub. Bilmirsən necə yaşayırsan, sənin evin haradır? Adamın bir yeri olar".

BAKU.WS 
axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyətə başlayan müğənni Aysel Əlizadə deyib.

Gənc olmasına baxmayaraq illərdir səhnədə olan ifaçı karyerasındakı dəyişikliyin həyatının axarını dəyişdiyini bildirib:

"İstanbul-Bakı yollarında qalmışam. Üstəlik də konsertlərlə bağlı İstanbuldan da kənara çıxıram, heç bir evdə normal şəkildə yaşaya bilmirəm.

Ətrafımda xeyli yeni insanlar var. Bakıda necədirsə, İstanbulda da bir çevrəm yaranıb. Düzdür, Bakı üçün çox darıxıram. Öz insanlarımızdan aldığım enerji tamam fərqlidir. Orada da çalışırlar əyləncəli vaxt keçirim. Ancaq idmanım yarımçıq qalır, düzgün qidalanmıram. Yuxu rejimim pozulub, bütün bunlar hamısı məndə əsəb gərginliyi yaradıb.

Şans deyilən bir şey var. Bu yolu tutmuşamsa, davam edirəm. Hazırda buranı boş qoymuram. Amma Türkiyədə müğənni kimi irəli getməsəm, sənətdən gedəcəm".

BAKU.WS