Müğənni Lətifə Soyuöz anasını ad günü münasibəti ilə təbrik edib. 

BAKU.WS xəbər verir ki, müğənni bu barədə Instagram-da şəxsi hesabında paylaşım edib. 

Anası ilə fotosunu izləyiciləri ilə bölüşən Lətifə bunları yazıb: 

"Bu həyatda mənə hər şeyi imkanından çox verməyə çalışan yeganə insan, əziz anam! Məni işimdə, həyatda dəstəkləyən ürəyimin tacı. Sən həyatının bütün hissəsini bizlərə, övladlarına həsr etmisən. Allahdan ən böyük arzum sənə uzun, sağlıqlı ömür verməsidir. Məni hər zaman qoruyan, dayağım, anam. Doğum günün mübarək. Allah səni bizlərə çox görməsin. Sənin varlığın mənim xoşbəxtliyimdir. Səni dünyalar qədər çox sevirəm".

Abbas
BAKU.WS