SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu ilin mayında İsraildə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli və şoumen Erez Tal olacaq.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, onların namizədliyi Avropa Yayım İttifaqından keçib və təsdiqlənib.

Üç il əvvəl Bar Rafaeli ona dünyanın aparıcı dizaynerləri tərəfindən hədiyyə olunmuş geyim və aksessuar əşyalarını müvafiq vergi ödəmədən sistematik satdığına görə bir neçə dəfə İsrail vergi idarəsində dindirilib. Bundan başqa, Rafaeli 2015-ci ildə vergidən 260 min dollar yayındırmaqda şübhəli bilinərək saxlanılıb və 200 min dollar maliyyə zəmanəti ilə azadlığa buraxılıb.

BAKU.WS

Bar Rafaeli

Erez Tal