Aparıcı Mələk Heydərovanın videosu böyük marağa səbəb olub. 

BAKU.WS-in məlumatına görə, xanım aparıcı Space Tv-də verilişin reklam fasiləsi zamanı çəkilən videosunu şəxsi Instagram hesabında paylaşıb. 

Rəqs edən aparıcı açıq-saçıq geyimi ilə diqqət mərkəzinə düşüb. Mələk paylaşıdığı videoya bu sözləri yazıb: 

"Şəkillərimi paylaşıb, "nə demək istəyir" sualı ilə paylaşırsınız, lap belə əcəb edirsiz! Amma bilinki hörmətli dostlar, mən heç nə demək istəmirəm. Sadəcə həyatımı yaşayıram. Siz də bunu belə qəbul edin və öz həyatınızı yaşayın. Yox, əgər həyatınızda maraqlı heç nə baş vermirsə, o zaman tamam. Bundan sonraki ömrünüzü mənim şəkil və videolarımda məna axtarmaqla keçirə bilərsiniz".

Südabə
BAKU.WS