13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Müğənni Natavan Həbibi İnstagram səhifəsində makiyajsız şəklini paylaşıb.

BAKU.WS
-in məlumatına görə, müğənni paylaşdığı fotonu yayda çəkdirdiyini bildirib.

"Bu şəklimi yayda çəkdirmişəm. Bir daha paylaşmağımın səbəbi odur ki, bəzilərinə faktiki cavabım olsun. Şəkil "Natavan niyə yalan deyirsən, estetik etdirmisən” yazanlar üçündür. Makiyajsız halım budur”, - deyə Natavan Həbibi vurğulayıb.


Müğənni haqqında səslənən ittihamlara da cavab verib. O, bildirib ki, heç vaxt əməliyyat etdirməyib: "Makiyaj və rəngli linzalar görünüşümü dəyişdirir, normal haldır. Yalanla aram yoxdur, heç kimdən qorxmuram ki, gizlədim. Əməliyyat etdirsəm deyərəm, edənlərə də pis baxmıram. Hər xanım gözəl olmağa laiqdir. Olmayan şeyləri boynuma alıb susmaram. Odur ki, kiminsə haqqına girmədən yaşayaq. Allaha çox şükür ki, görünüşümdən o qədər də şikayətçi deyiləm. Amma lazım olduqda hansısa düzəlişlər edərəm. Səhnə gözəlliyi sevir”.
 
Ziya Səccad
BAKU.WS