SİZİN REKLAM BURADA!
055 213 76 73



Vaxtilə böyük səhnələrdə çıxış edən müğənni Samirə Vahabova ilə bağlı şok iddia ortalığa atılıb.

BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, səfil həyatı yaşayan qadınla bağlı “Bizimləsən”ə ismini anonim saxlayan bir nəfər zəng edərək, Samirə xanımın 3 otaqlı mənzili olduğunu iddia edib.

Bir zamanların məşhur müğənnisi bu iddianı gözyaşı içində təkzib edərək hər şeyi olduğu kimi etiraf edib:

“Mən bir neçə yerdə işləyirdim. Bunu İzzət Bağırov da bilir. Əgər mənim elə imkanım var idisə, 14 il mən İdman İnstitutunda niyə təmizlik işçisi kimi çalışırdım? Həm içərini, həm küçəsini süpürürdüm. Tanış-tunuş olanda üzümü örtürdüm ki, sabah deməsin “Mənim toyumda süpürgəçi oxuyub”.

Bu məqamda Samirə xanımın sözlərini İzzət Bağırov təsdiq edərək onu necə tapdığını danışıb.

Ətraflı videoda:

BAKU.WS