Beynəlxalq moda təşkilatçısı, səyahətçi-bloqer Aqil Məmiyev "Global Influencer Day" çərçivəsində keçirilən "İnfluencer" mükafatına layiq görülüb.

BAKU.WS-in məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "İnnovasiya həftəsi" çərçivəsində baş tutan Keepface İnfluencer Marketinq Platformasının rəsmi dəstəyi ilə FA İnternational Trade Events şirkəti tərəfindən bu il ikinci dəfə təşkil olunan Global Influencer Day çərçivəsində keçirilən beynəlxalq İnfluencer Awards-a beynəlxalq moda təşkilatçısı, səyahətçi-bloqqer Aqil Məmiyev də layiq gorulub.


Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və bir sıra qonaqlar iştirak edib. Tədbirdə dünyanın ən ağıllı süni intellektli robotu “Sofiya” da açılış nitqi ilə çıxış edib.

Qeyd edək ki, Aqil Məmiyev bir müddət əvvəl İngiltərənin məşhur “The Sun” nəşrinin “Instagram”ın ən lüks və baxımlı fotolarından ibarət tabloid siyahısında yer almışdı. Belə ki, dənizkənarından, hovuzdan və lüks otellərdən paylaşılan fotolar arasında səyahətçi-bloqer Aqil Məmiyevin “Agillive” bloqunda olan foto da yerləşdirilib.

Xatırladaq ki, Aqil Məmiyev hal-hazırda ölkəmizdə keçrilən "Best Model of World 2018" beynəlxalq müsabiqəsinin milli və beynəlxalq direktorudur.

Hüseyn Məmmədsalahov
BAKU.WS