SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bəli, ailə həyatı qurmuşam. Bəli, hamiləyəm".

BAKU.WS 
xəbər verir ki, bu sözlər 2 həftə əvvəl oğlan anası olduğu deyilən rəqqadə-aktrisa Oksana Rəsulovaya məxsusdur.

Oksana şəxsi həyatı ilə bağlı açıqlama verib: 

"Bu gün sizlərlə bölüşmək istədiyim duyğularım var... İndiki zamana qədər, son 1 ildə heç bir yerdə şəxsi həyatım haqqında ağzımdan bir kəlmə çıxmadı və buna səbəblərim var idi. Bəzi insanlar üzündən, hansıları ki Allahın öhdəsinə buraxmışam, məni anlamadam qınağa çevirdilər, amma bir çoxları dəstək oldular (hər şeyi oxuyurdum). Mən onu anladım ki, insanlar necədə köbudlaşıb və acınacaqsız olub (bu hər kəsə aid deyil), bir qadının övlad həsrətində olduğunu anlamayıb, onun 15 ildən çox problemi olduğunu anlamayıb, öz çirkin fikirlərini ətrafa yayıb, nədəsə günahlandırmaq nə qədər düzgündür? Özü də qadın hamilədirsə? Bəs Allahdan gorxu? Bəs, “mən bunları deyirəm, yazıram, birdən mənim də və ya ailəmin başına bu problem gəlsə?” kimi fikirlər sizi narahat etmir.

Məgər tanınmış sima insan deyil? Və ya onun həyatı hər zaman yağ kimi olmalıdır? Bəli, mənim şəxsi həyatım hər dəfə göz önündə olub, bu dəfə özümə, ailəmə söz verdim ki, artıq belə olmayacaq. Ümumiyyətlə, mən heç vaxt öz problemlərimi tamaşaçılarımla bolüşməmişəm, amma nədənsə mənim şəxsi hıyatım hər zaman maraq mərkəzində olub. Əslində, bu normaldır, amma düzünü yazıb düzünü desələr. Təəssüflər olsun ki, belə deyil...

Bəli, ailə həyatı qurmuşam. Bəli, hamiləyəm. Heç bir yerdə müsahibə verməmişəm. Mənə bu son aylar bəzi media işçiləri və aparıcılar böyük bir stress yaşatdılar. Onlar mənim daxili problemlərimi bilmədən yazıb şişirtdilər. Onlar düşünmədilər ki, axı bu problemi onlar da yaşaya bilər... Mən hirsləndim, ağladım, kövrəldim, lakin kəlmə cavab vermədim. Çünkü söz vermişdim. İndi də cavab vermirəm, sadəcə sizlərlə bölüşürəm... Bəlkə də həyatımda birinci dəfə. Ana olmağı isə mən hər qadına arzulayıram, Allah köməyimiz olsun. Allah saf niyyətləri qəbul etsin. Amin. Allah körpələri saxlasın!

Sizdən xahişim olacaq, bundan sonra mənim ailə həyatımla bağlı suallar verməyin! Bir də ki, rəy və şərh yazanda və ya kiminsə haqqında danışanda diqqətli olun, çalışın heç kimin qəlbin qırmayın. Nə vaxtsa özünüz qırıla bilərsiz...”

Zülfiyyə Qurbanova
BAKU.WS