SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkələrdə, mediada cinsi azlıqların təbliğatını pisləyib.

BAKU.WS xəbər verir ki, aktrisa bu barədə şəxsi İnstagram səhifəsində paylaşım edib:

"Artıq əsəblərim tab gətirmir! Niyə? Çünki sosial şəbəkələrdə tüğyan edən biabırçılıqlar, mavilərin, utanc hissinin nə olduğunu bilməyən adamların və onların yaşadığı lüks həyatın reklamı! Məqsəd nədir görəsən? Cəmiyyət ehtiyacmı duyur onlara? Çoxlarınız deyəcəksiz xeyr. Bəs, o zaman niyə bu qədər baxış sayları və bəyənmələr olur? Siz bunu etməsəniz, saytlar heç zaman onlardan yazmaz. Onlar reytinqə işləyirlər və pulları ondan cıxır. Bir saytın müxbirinə bu reklamlar nə ücün etdiklerini soruşdum, cavabı isə belə oldu; Bizə reytinq veren bunlardır, cemiyyət bəyənir, layk edir.

Şəhidlerimizin, dəyərli insanlarımızın fotolarının altından cemi 5-10 bəyəni gəlir. Acınacaqlı durumdur! Qəhrəmanlarımızı, dünyaca şöhrətli alimlərimizi, əsl sənət insanlarını, yazıçıları, rəssamları tanıtmaq lazımdır. Dünyaca məşhur klassik və müasır yazıçılların əsərlərini reklam etmək lazımdır! Əvvəllər deyərdillər mədəniyyət, sonra gödəniyyət. indi isə gödəniyyət, gödəniyyət...

Həyasız davranış müasirlik və ya azadlıq demək deyil. Bu cahillikdir! Azadlıq işığa doğru getməkdir! Bizim cəmiyyət isə getdikcə cahilliyə, qaranlığa doğru gedir! Hər şeyin həddi var! Həyacan təbili çalmaq lazımdır! Vətəni sevməyen insan olmaz, olsa da o şəxsdə vicdan olmaz!

Zülfiyyə Qurbanova
BAKU.WS