055 213 76 73
Xalq artisti, tanınmış aktrisa Fatma Mahmudova bu yaxınlarda ağır avtomobil qəzası keçirib.
BAKU.WS xəbər verir ki, aktrisa bu barədə ARB-nin "Səhər-səhər" verilişində danışıb:
“Bu yaxınlarda çox ağır qəzada ölümdən döndüm. Şükr edirəm ki, bu gün sağ-salamatam. Allah mənə kömək oldu”.
Verilişin aparıcısı Elgiz Əkbər qəzadan sonra aktrisa ilə dəvət aldıqları məclisdə rastlaşdığını deyib:
“10 gün əvvəl bir məclisdəydim. Fatma xanım gəldi, ay Allah nə gündəydi, gördüm dəli oldum. Dedim bu qadına nə olub görəsən? Ağır qəza keçirmişdi, sürünə-sürünə olsa da, məclisə gəldi”.
Aktrisa təfərrüatı açıqlamaq istəməsə də, aparıcı Fatma xanımı maşın vurduğunu dilə gətirib.
Zülfiyyə Qurbanova
BAKU.WS
<iframe src="/video2/v.php?v=1029058" width="640" height="360"></iframe>