SİZİN REKLAM BURADA!
055 213 76 73



Prodüser Tolik bu fikirləri aparıcısı olduğu "Hər şey daxil" verilişində səsləndirib.
  
BAKU.WS xəbər verir ki, o, əməkdar artist Elza Seyidcahanın populyar müğənni Damlanın fotosunu cırmasına və barəsində səsləndirdiyi fikirlərə qarşı olduğunu bir daha bəyan edib.

İki gün əvvəl canlı yayımda telefon bağlantısı yaradaraq Elza xanımla mübahisə edən Tolik, açıqlamaları ilə münasibətlərini daha da korlayıb:

"İnsanları tanımaq olmur. Elza xanım əvvəlcə bizim verlişə gəlməyə razılıq verdi, sonra verilişin prodüserinə zəng vurub dedi ki, efirə gələndə əsəbiləşirəm. Gəlmək istəmirəm. Amma məncə Damlanin adıyla özünə yaman reklam eləyir. Kanal qalmayıb, hamısına çıxıb. Yanında da bəzi vəkilləri.

Mən dediyimin üstündə dururam, bəsdir 2 dəqiqədən bir Üzeyir Hacıbəyovu, Rəşid Behbudovu, Şövkət Ələkbərovanı hamı ilə bir tutduz. Onlar ölüblər və adları Azəbaycan mədəniyyətində qızıl hərflərlə yazılıb. Onların mahnılarından ya da əsərlərindən guya Elza oxuyub, yoxsa Ulvi Qılınc?! Gedin itinizə, pişiyinizə Bethovenin mahnılarını dinlədn. Bəziləri guya elitni olublar, guya yalnız operaya qulaq asırlar. Səviyyədən bixəbərlər!

Birincisi Allah Ruslan Ağayevdən razı olsun ki, Elza xanımı verilişinə çağırdı. O da illərlə içində saxladığı vulkanı püskürdü, yetənə yetdi, yetməyənə bir daş atdı. İkincisi Allah məndən razı olsun ki, verilişimdə Damla haqqında danışdım və başqa kanallar mövzu tapıb, bəzi naftalinləri efirə çağırmağa başladılar. Üçüncüsü isə, mən nə deyirəmsə, düz deyirəm. Ay bəzi ağıllı musiqi bilənlər, əgər ağıllı olsaydız indi mənim verilişimdə olardız. Deməli mən öndəyəm ki, xalqın zövqü ilə zövqüm eynidir. Azərbaycan xalqı bilir kimləri həm şad günlərinə, həm də ürəklərinə sakin edir.
Bəziləri təlabatsızdır, xalq dinləmir, burada mənim nə günahım? Yenə deyirəm, Üzeyir Hacıbəyov ölüb! Ammka əsərləri yaşayır, yaşayacaq! Siz öləndə İlhamə Quliyeva qədər yada düşməyəcəksiz!"

Zülfiyyə Qurbanova
BAKU.WS