SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi Baş Prokurorluğun dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı yaydığı məlumatda saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da yer alıb.

BAKU.WS
-in məlumatına görə, siyahıda 100-ə yaxın həkimin adı yer alsa da, saxtakar həkimin Zaur Baxşəliyevin “Bizimləsən” verilişində reklam edilməsi daha çox söz hallandı.

Aparıcı adının bu məsələdə hallanmasına öz verilişində cavab verib. O, hətta adıçəkilən həkimi tərifləyib: 

“Mən vasitəçiyəm. O həkimləri özümüz tapıb bu verilişə gətiririk ki, bizə müraciət edən xəstələrə kömək etsinlər. Natiq Məhərrəmov verilişimiz vasitəsilə onlarla həkimi əməliyyat edib. Natiq həkimə sonsuz təşəkkürümü bildirirəm. Allah səni var etsin, sənin canını sağ etsin. Sağ ol ki varsan!"

BAKU.WS