SİZİN REKLAM BURADA!
055 213 76 73



“Yaxşı oxumasaydım, hamıyla dost olardım. Yaxşı oxumağım çox adamla məni düşmən edib. Eltonu vurmaq üçün həmişə qara piar olub”.

BAKU.WS
axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev “O başdannan” verilişində deyib.

Sənətçi şou-biznes nümayəndələrinin əksəriyyətini ikiüzlü adlandırıb: “Kameralara işləyənlər 4 sözdən artıq danışa bilmirlər. Kameraya işləmirəm, necəyəmsə, eləyəm. Keçmişimi danmamışam. Anam tum sataraq məni böyüdüb, xoşbəxtəm. İkincisi isə kişiliyimi itirməmişəm. Heç kimin də haqqını yeyə bilmərəm. Səhvlər etmişəm, amma həddimi aşmamışam. Aşanda isə anamın və atamın qarşısında aşmışam, dövlət səviyyəsində yox. Bu gün sərbəstliklə tərbiyəsizliyi səhv salan məxluqların məni müzakirə etməsi lazım deyil. Hamı efirdə gördüyünün başına and içə bilər. Amma biz yaxşı bilirik kim kimdir”.

Zülfiyyə Qurbanova
BAKU.WS