Sofiyada uşaqlar arasında keçirilən "Eurovision-2015" beynəlxalq mahnı müsabiqəsinin qalibi Maltadan Destini Çukunere olub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Belarusda yaşayan həmyerlimiz Ruslan Aslanov "Sehr" mahnısı ilə dördüncü yeri tutub.
 
Qeyd edək ki, Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən keçirilir. Onun məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Əvvəllər müsabiqədə 8-15 yaşlı uşaqlar iştirak edirdilər. 2007-ci ildən sonra isə yaş həddi 10-15 yaşadək artırılıb. Böyüklər arasında müsabiqədən fərqli olaraq, uşaq Avroviziyasının qalibi növbəti ildə ev sahibliyi etmək hüququnu avtomatik qazanmır. Təşkilatçı ölkəni Təşkilat Komitəsi müəyyənləşdirir.
 
BAKU.WS