SİZİN REKLAM BURADA!
055 213 76 73




Nəğd Pul ləqəbilə tanınan repçi Nadir Hüseynov (Nadeer Negd Pul) oğul atası olub.

BAKU.WS-in məlumatına görə, musiqiçinin övladı dünən dünyaya gəlib.

Nadir yeni doğulan körpəyə Nuran adını verdiyini açıqladı: “Allah hər bir ailəyə övlad xoşbəxtliyi bəxş etsin. Oğluma Nuran adı vermişəm. Həyatımın nurlu anı Nuran balam xoş gəldin”.

Musiqiçi keçən ilin may ayında Dağıstanda yaşayan kumık millətinin nümayəndəsi olan xanımla ailə qurub. Qeyd edək ki, Nadir Hüseynovun ilk evliliyindən 10 yaşında oğlu var.

Zülfiyyə Qurbanova
BAKU.WS