SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Mələykə Əsədovanın ailəsində xoş anlar yaşanıb. 

BAKU.WS
 
xəbər verir ki, ötən gün gecə saatlarında Əsədovanın böyük bacısının oğul nəvəsi dünyaya gəlib. 

Xalq artisti bacısının oğul nəvəsini qucağına alaraq foto çəkdirib və həmin şəkili instagram hesabında izləyiciləri bölüşüb. 

Paylaşılan fotoya isə Mələykə belə bir şərh yazıb:

"Məndən böyük bacımın oğul nəvəsi oldu. Anamın adını daşıyan bacım qızı Mahinur səni və yoldaşını ürəkdən təbrik edirəm. Bəxtli övlad olsun. Həyat yolu hər zaman sağlam canla yaşıl işığa bürünsün. Ən yaxın dostu Aqil olsun. Atalı analı böyüsün. Vətənə layiq igid övlad olsun insallah. Balamızın ayağı ailəyə düşərli olsun. Gözünüz aydın olsun. Allah bütün ailələrə körpə sevinci, gülüşü qismət etsin. Amin".

Rəşad Əliyev
BAKU.WS