SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Yeganə Mürsəlovanı məşhurlaşdıran və sevdirən "Talehim" mahnısının sözlərinin müəllifi Dilarə Şahid ifaçını məhkəməyə verməyə hazırlaşır.

Şairə BAKU.WS-ə açıqlamasında bu addımı atmağa məcbur qaldığını bildirib: "Yeganə az qala 20 ildir mənim söz müəllifi olduğum "Talehim" mahnının çörəyini yeyir. Yəni dolayısıyla mənim çörəyimi yetir. “Talehim” mahnısıyla məşhurlaşdığını və bugünədək hələ də yalnız bu mahnıya görə sevildiyini özü də hər müsahibəsində etiraf edir. Buna baxmayaraq indiyə qədər məndən halallıq almayıb. O sözlərə görə ondan quru çox sag ol, adi şokalad qutusu belə görməmişəm. Mən də ona halallıq vermirəm. Çox nankor insandır. Bu münasibəti özümə qarşı hörmətsizlik kimi qəbul edirəm və cavab vermək məcburiyyətindəyəm. Vəkilimlə danışmışam, sənədləri hazırlayır. Yeganəyə “Talehim” mahnısını oxumağa qadagan edirəm və təzminat tələb edirəm. Həmin sözlərə yeni mahnı bəstələdib başqa ifaçıya verəcəm. Yeganə Natiq Şuşalının bəstəsini başqa sözlərlə oxuya bilər. Amma mənim sözlərimi oxumaga icazə vermirəm. Vəssalam!”

Şairə xanım ifaçı tərəfindən dəfələrlə hörmətsizliklə qarşılaşdığını deyir: “Ötən il oğlumun toyuna dəvət etdim, Bakıda olduğu halda gəlmədi. Mahnılarımı oxuyan digər ifaçılar gəlib iştirak etdilər, amma Yeganə gəlmədi. İndiyədək bir dəfə də olsun mənim adımı belə çəkməyib. Hərdənbir ancaq bəstəkarın adını hallandırır. Mənim adım məgər ona xələl gətirər? Qoy bilsin, Dilarə qəzəlxan Ələkbər Şahidin qızıdır. Mənim atamı büytün respublika tanıyır. Ayıb olsun ona. Dünyanın iki üzü var; halalında hesab, haramında əzab. Bunu Yeganə kimilər anlamaz. Mən ondan yalnız müəllif kimi adımın çəkilməsini istəyirdim”.

Dilarə Şahid mahnının yaranma tarixindən də söz açdı: “Natiq Şuşalı o şeiri məndən istəyəndə vermək istəmirdim, çünki ən şad, özəl günümdə aglayaraq yazmışdım. Hətta göz yaşlarım vərəqi o dərəcədə islatmışdı ki, sonradan oxuya bilmirdim. O şeirə çox eqoistcəsinə yanaşırdım. Heç kimə vermək istəmirdim. Natiq məni dilə tutdu, sözündən çıxa bilmədim. Söylədikləri idiyədək yadımdadır. Dedi ki, təzə çıxan bir müğınni var, məndən elə bir mahnı istəyir ki, tutuzdura bilsin. Bu mahnı bizim üçümüzün də şansı ola bilər. Mahnı ona böyük şans gətirdi, ugurla bərabər böyük pullar qazandı. Mənim onun qazancında gözüm yoxdur, heç ehtiyacım da yoxdur. Allaha şükür, özümün hər şeyim var. Mənə pis təsir edən, məni üzən müəllif kimi adımın çəkilməməsidir. Ayıb olsun ona!”

Zülfiyyə Qurbanova
BAKU.WS