SİZİN REKLAM BURADA!
055 213 76 73



Uzun zamandır məşhur reper Anar Nağılbazın həyat yoldaşı Anjelika ilə aralarında yaşanan qalmaqal yenidən gündəmə gəlib. Məlum olub ki, rep dünyasının atası Anar ailəsinə baxmır və onlarla maraqlanmır. Nəticədə Anjelika uşaqları ilə birlikdə qaldığı mənzilin aylıq kirayəsini verə bilmədiyi üçün pis duruma düşüb. 

BAKU.WS
xəbər verir ki, işinin peşəkarı produsser və aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil" verlişində bu məsələni qabardıb. Tolik Anarın keçmiş arvadı Anjelikaya dəstək çıxaraq, onların problemini həll edib. Prodüsser canlı efirdə onlara səslənərək bunları söyləyib:

"Mən efir vasitəsi ilə dostumuz Həsənə təşəkkürümü bildirirəm. O, qaldığınız mənzilin 2 ay kirayə pulunu göndərib. Verlişdən sonra yaxınlaşıb götürə bilərsiz. O özü də atadır onun da uşaqları var bu üzdən hər şeyi nəzərə alaraq, sizə yardım əlini uzatdı. Mənə isə hər ay söz verdi ki mən onların kirayə qaldıqları mənzilin pulunu öz cibimdən ödəyəcəyəm". 

Bu anda isə efirə canlı telefon bağlantısı yaradan Anjelika hər kəsə təşəkkürünü bildirib. 

Tolik efirdə baş verən anları öz instagram hesabında paylaşaraq bu şərhi yazıb :

"Çox sağ olsun Həsən dostumüz. Allah ürəyinə görə versin. Məncə hərdən Anar Nağılbaza deyirlər ki, repin atasıdır məncə uşaqlarının atası olsun besdi  repin atası olmasa da olar vallah uşag ücün burnunun ucu göynəyənlər var amma bunlar".

Rəşad Əliyev
BAKU.WS