SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur müğənni Kərim Abbasov övladına söz atan xanım həmkarını efir vasitəsilə ağ yuyub, qara sərib. Kərimin səbr kasasını daşıran isə sən demə müğənni Natavan Həbibidir. 

BAKU.WS məlumatına görə, Abbasov ad çəkməsədə müğənni Natavan Həbibiyə sərt şəkildə ultimatum yollayıb. 

Kərim, “ATV maqazin onlarla” verilişində onu dilə-dişə salan Natavanı yerlə bir edib. Səbəb isə qarşı tərəfin onun övladına söz atmasıdır:
 
“Mənim övladıma heç kim söz atmasın. Onu nəzir-niyazla tapmışam. 7 pirə gedib, Allahla bir övlad tapmışam. 37 yaşım var. Kimliyindən asılı olmayaraq, heç kim mənim övladıma sataşmasın. Böyüklük göstərib onun keçmişindən, gələcəyindən, qaynatdığı zibillərdən danışmıram. Ondan qorxduğum üçün yox... Axırda nə olacaq, məhkəmə? Olsun. Açaram tökərəm hər şeyi. 

Lazım deyil bir-birimizə söz atmaq. Mən atsam, pis olacaq. Böyüklük məndə qalsın deyib, zəng etdim. Yığdım dedim, övladıma söz atma. Taxtabaşdır da, Allah ona ağıl versin. Yaşda məndən böyük olsa da, ağlım ondan böyükdü”.

Nəzərinizə çatdıraq ki, Natavan həmkarı Kərimə sözügedən verlişdə övladı ilə bağlı şok açıqlama verib. Daha sonra isə, sənət dostu Səidə Sultan Kərimin barışmaq üçün Natavana zəng etdiyini və onların barışdığını dilə gətirib.

Kərimin Natavana haqda söylədiyi odlu alovlu müsahibısini sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS