SİZİN REKLAM BURADA!
055 213 76 73



“İstəmirik bizim yolumuzu onunla bir tutsunlar. O, başqadır, biz başqa... O, etdiklərini biz, biz etdiyimizi o edə bilməz” - deyə şou biznesin iki məşhur əkiz bacıları Sevil və Sevinc Səfərovalar iddialı açıqlamalar veriblər.

BAKU.WS-in məlumatına görə, əkizlər müğənni Damla ilə küsülülüklərindən danışıblar. Sən demə Sevil və Sevinc həmkarı Damla ilə eyni səhnəyə çıxmaqdan imtina ediblər:

“Məkan olaraq restoran zəng edir ki, sizə konsert etmək istəyirik. Filankəslər də olacaq... Deyirik ki, biz olmayacağıq. O, şəxslər min istəyirsə, biz on min istəyirik. Buna gücünüz çatmayacaq. Bizim üçün solo konsert edin. Bu şərtləri onları bəyənmədiyimiz üçün yox, gördüyümüz işə hörmətlə yanaşmaq üçün qoyuruq. "Filankəslər olacaqsa, biz olmayacağıq" demək qudurğanlıq deyil.  Damla inciyirsə, özü bilər. Özünə başa salmışıq ki, incimə. Hansısa 20 minə "yox" demişiksə, özümüzü daha yüksək səviyyədə görmək istədiyimiz üçündür. Sən də bizim kimi olmaq istəyirsənsə, bu cür et. İldə 50 min az qazanacaqsan,amma yaxşı yerdə olacaqsan”.

Sevil və Sevinc bacılarının Damla ilə bağlı cəsarətli müsahibısini sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS