VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Star Tv-də yayımlanan "Kara Sevda" serialının bu axşamki bölümündə süpriz gözlənilir.
 
BAKU.WS məlumat verir ki, Burak Özçivit və Neslihan Atagülün baş rollarını paylaşdığı "Kara Sevda "serialının bu axşam yayımlanacaq yeni bölümündə "Delibal" filmini gözləyənlərə sürpriz ediləcək.
 
Belə ki, serialın bu günkü bölümündə "Delibal" filmində baş rollara çəkilən Çağatay Ulusoy və Leyla Lydia Tuğutlunun ilk tanış olma səhnəsinə yer veriləcək. 
 
"Kara Sevda" və "Delibal" filminin ərsəyə gətirən "Ay Yapım" rəhbərliyi bu süprizlə həm serialın reytinqini qaldırmaq, həm də filmin təqdimatını etmək istədiklərini bildirib.
 
BAKU.WS