Məşhurları qara ba qara izləyən Baku.ws-in kamerası yenə iş başındadır. İndi Sizə təqdim edəcəyimiz bu görüntülər hələ uzun zaman danışılacaq və müzakirələrə səbəb olacaq! 

Gecələrin birində kameramızın obyektivinə görün kim yaxalandı ?

Bu müğənni Sevda Yahyayeva deyil mi ? Bəli-bəli Sevdanın özüdü ki var ! Bəzənib-düzənib, özünə sığal çəkən sənətçi obrazında dəyişiklik edib. Geyim-keçiminə hər zaman diqqətlə yanaşan Sevda, yenədə ətrafdakıları təəcübləndirmək qərarına gəlib. Amma bu onda alınıb, desək heçdə yanılmarıq!

Yahyayevanın görünüşünü yenədə məşhur stilist Anar Ağakişiyevə həvalə edib. Özəl gecələrdə zərif ayaqqabı geyinməsi labut olsada, nədənsə Sevda məxməri çəkmələrə üstünlük verib. Bu isə onun obrazını dahada kobudlaşdırıb.

Sevdadan ayrılıb, kameramızı çeviririk gecəyə öz görünüşü ilə damğa vuran Nura Suriyə !

Surini mərasimdə görənlər öncə Şoka düşdü, daha sonra bu Nuradır deyə heyrətlərini gizlədə bilmədilər ! Budur qarşınızda fərqli tərzi və imici ilə Nura Suri !

Kaprizli müğənni 180 dərəcə elə dəyişdiki, hətta bizidə təəcübləndirməyi bacardı ! Uzun zamandan bəri sarı saçları ilə gəzib-dolaşan şirin simalı Nura saçlarını bu dəfə qaraya boyadıb, onları bir xeylaq uzadıb. İdmanın daşını atıb, o ki var yeyib içən məşhur bir xeylah kökəlib. Nəticə isə göz qabağındadır.

Boks məşqlərinə gedib, qolunun gücünə arxayın olan sənətçi həmkarlarını bu məsələdədə onu təqlid etməkdə günahlandırdı !

Nura ilə geyim-keçimdən danışıb, keçid alırıq onun sosial şəbəkələrdəki yazdığı statuslara. Sosial problemləri öz facebook hesabında qorxmadan-çəkinmədən, açıb-ağardan Suri deyir ki, mənim müdaxiləmdən sonra bir çox məsələlər gecdə olsa öz həllini tapır.

Nura gözəlliyinə əl gəzdirib, yazdığı statusları ilə problemləri həll etməyində olsun, biz isə şou sakinlərinin növbəti olaylarını çəkib Sizə göstərməkdə!

Rəşad Əliyev
BAKU.WS