“Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verilişinin bugünki qonağı xalq artisti Brilliant Dadaşova olub.

BAKU.WS primetime.az-a istinadən xəbər verir ki, aparıcılar Tarix Əliyev və Sevil-Sevinc bacılarının suallarını cavablandıran sənətkar 13 yanvar tarixində Bakıda konsert proqramı ilə çıxış edən Ajda Pekkanın ona zəng etdiyini bildirib:

“Ajda Pekkan Bakıdan getdikdən sonra mənə zəng etdi. Dedi ki, sənin zalda olmağın ağlımdan çıxmışdı. Ona dedim ki, heç bir problem yoxdur. Mən sizdən bunu ummurdum. Sadəcə səsləndirməyinizi istədiyim bəzi mahnılar var idi. Hansılar ki, sizin şah əsərlərinizdir”.

O, həmçinin konsertdə küsülü həmkarı Aygün Kazımova ilə yaxın əyləşməsinə də münasibət bildirib:

“İnanmıram ki, təşkilatçılar özəlliklə belə xırda nüansları düşünüblər. Birilirsiniz elə insanlar var ki, heç nədən mövzu yarada bilirlər. Bu barədə çox bacarıqsızam. Hətta olan şeyləri belə danışmağı bacarmıram. Bu dəyərli jurnalistlərimizin işidir və qarışmaq istəmirəm”.

B.Dadaşova mərhum xalq artisti İlhamə Quliyevanın ona qruplaşma qurmaq təklifi etdiyini də bildirib:

“Yadımdadır ki, təyyarədən təzə düşmüşdüm. Sən mənə zəng etdin ki, İlhamə xanım səninlə danışmaq istəyir. Bir xanım müğənni haqda söhbət etdik. Dedi ki, gəl ona qarşı birləşək. Təbii ki, bu mövzuda onu dəstəkləmədim. Çünki qruplaşma yaradıb kiminsə əleyhinə hərəkət edə bilmərəm. Bu da İlhamə xanımın acığına gəlmişdi. Həmin hadisədən sonra mənə qarşı şər-böhtan atmağa başladı.”

Verilişin yadda qalan məqamı isə xalq artistinə dizayner İbonun etdiyi hədiyyə olub. Belə ki, dizayner Brilliant Dadaşovaya adına uyğun “pipitr” bağışlayıb:

“Mən bunu mart ayının 3-ü baş tutacaq konsertimdə mütləq istifadə edəcəyəm. Çox bəyəndim. Əsas da brilliant daşının olması tam mənə uyğunluğunu nümayiş etdirir. Mən heç vaxt pafosulu əşyaları sevməmişəm. Amma bu doğrudan da səhnəyə yaraşır”.

Xatırladaq ki, İbo daha çox B.Dadaşovanın küsülü olduğu Aygün Kazımovanın dizayneri kimi tanınıb.

BAKU.WS