Müğənni İradə İbrahimova ailə həyatı barədə açıqlamalar verib.

BAKU.WS-in məlumatına görə, Xəzər TV-də yayımlanan “Nuş Olsun” verilişinin qonağı olan İradə İbrahimova qeyd edib ki, uşaqları elə tərbiyə etmək lazımdır ki, evdə hər şeyi görsünlər, öyrənsinlər.

“Hərdən Ceyhuna deyirəm ki, gəl dava edək. Çünki uşaqlar davanı da, mübahisəni də evdə görsünlər. Çünki uşaq hər şeyi görməlidir, çətinliyə də düşməlidir. Başqa yerdə dava görüəndə bilsin ki, bu mübahisədir”, - deyə müğənni qeyd edib.

BAKU.WS