SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda "Kardeşim benim 2" filminin təqdimat mərasimi keçirilib.

BAKU.WS-in məlumatına görə, tanınmış aktyorun Bakıya üçüncü səfəri yeni "Mənim qardaşım - 2" ("Kardeşim Benim 2") filminin təqdimatı ilə gəlib. Filmin baş rollarını B.Özçivit və Murat Boz ifa ediblər. Filmin qala-gecəsində izdiham yaşanıb. Filmin komandası zala daxil olanda qışıqırıq səsləri, fanat izdihamı yaşanıb. Xüsusilə də, Burak Özçivitin gəlişi aləmi bir-birinə vurub. Onunla şəkil çəkdirmək istəyən qonaqlar zalda səs-küy qoparıblar.

Qeyd edək ki, "Mənim qardaşım"ın birinci hissəsinin premyerası B.Özçivitin və tanınmış aktrisa Asli Enverin iştirakı ilə Bakıda ötən ilin fevralında keçirilmişdi. Aktyorun Bakıya gəlişi böyük izdihamla qarşılanmışdı.

İman
BAKU.WS