SİZİN REKLAM BURADA!
055 213 76 73



Aktrisa Pərvin Abıyeva “Yanlış anlama” filminin qala gecəsində Türkiyənin məşhur aktyoru, daha çox “Məsud komissar” kimi tanınan Şevket Çoruhla çəkilən fotosu barədə danışıb.

BAKU.WS-in məlumatına görə, Pərvin Abıyeva “Hürriyət” qəzetinin saytına müsahibəsində bildirib ki, Çoruhun qala gecədə ona baxdığının fərqində olmayıb.

“Şevket mənə baxırmış, fərqində deyildim. “Arka sokaklar” filmini neçə illərdir izləyirik. Şevket bəy mükəmməl aktyordur. Onun mənə marağının olub-olmadığını bilmirəm, lakin qala gecədə onun mənə baxması şərəfdir. Xəbəri görəndə sevindim, çünki onun diqqətində olmaq gözəldir”, - deyə Pərvin Abıyeva deyib.

Aktrisa müsahibəsində hədəflərindən də danışıb. O bildirib ki, Azərbaycandan da kənarda tanınmağı qarşısına məqsəd qoyduğu üçün edilən təkliflərlə həssaslıqla yanaşır.

“Rafet El Romanla klip çəkilişlərimiz ola bilər. Serial çəkir və məni də dəvət etmək istəyir. Rafetlə uzun müddətdir dostuq. Tez-tez danışırıq. İnşallah əməkdaşlıq edərik. Türkiyədə aktrisalıq üzrə təhsil alacağam. Türkiyəyə köçməyi planlaşdırıram”, - deyə aktrisa bildirib.
Pərvin Abıyeva Rafet El Romanın Azərbaycan kişiləri kimi olmadığını deyib.

“Rafet çox romantik, səmimi insandır. O Azərbaycan kişiləri kimi deyil. Azərbaycanlı kişilər kobud, bir az da köhnə fikirlidirlər. Türk kişiləri kimi romantik deyillər”, - deyə Pərvin Abıyeva azərbaycanlı kişilərdən gileylənib.

BAKU.WS