SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Elariz Məmmədoğlu porno saytda yayılan və mətbuatda işıqlandırılan videosundan danışıb.

BAKU.WS-in məlumatına görə, “Lider maqazin” verilişinin qonağı olan Elariz Məmmədoğlu bildirib ki, bu görüntüləri onun düşmənləri yayıb.

“Mənim haqqımda bu məlumatlar çox vaxt toy mövsümü başlamağa az qalanda yayılır. Hətta bəzən xəbər yayırlar ki, guya soyuq su içmişəm səsim batıb, ya da məni restoranda xanımla tutublar”, - deyə Elariz Məmmədoğlu bildirib.

Müğənni ailəsinin də bu cür xəbərlərə öyrəşdiyini deyib: “Ailəm heç bir reaksiya vermədi. 20 il əvvəl belə bir şey olsaydı, evdə qısqanclıq yaranardı. İndi hamı deyir ki, olan şeydir.”

BAKU.WS