SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış müğənni Könül Kərimova qayınanasından danışıb.

BAKU.WS xəbər verir ki,  Milli.Az-a açıqlama verən müğənni qayınanasının həmişə ona dəstək olduğunu bildirib.

"Bir neçə dəfə istəmişəm ki, sənətdən gedim. Yeni ailə həyatı quranda efirə çıxmaq istəmirdim, həvəsdən düşmüşdüm. Evdə ancaq mətbəxdə bişirib-düşürürdüm. Bir də gördüm ki, qayınanam mənim üçün xəbər yollayıb ki, o gəlinə deyin ki, mətbəxin yanından çəkilib, gedib mahnısını oxusun. Onun bu sözü mənə böyük stimul oldu. Başqa qayınana olsaydı, bəlkə də elə deməzdi. O mənim həm xalamdır, həm də qayınanam. Həmişə mənə dəstək olub, məni bütün gəlinlərindən çox istəyib", - deyə müğənni bildirib.

BAKU.WS