SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.
 
BAKU.WS xəbər verir ki, bəstəkar -müğənni şeirini Instagram hesabında paylaşıb.
 
Həmin şeiri oxucularımıza təqdim edirik:  
 
"Məzələn"

Yorğun olanda mənimlə
Məzələn.
Soy əynini, soy ruhunu
Təzəllən.
Oradan bura, buradan ora
Sərələn.
Mənə de ki, 
Dağ qoynumda 
Təpələn.
Ağuşumda körpələn 
Gəldiyin yollara 
Güllər səpərəm.
Saçlarınla dəniz təki 
Ləpələn.
De ki, mənə  
Başdan -ayağa mən sənin üçün  
Qəzələm.
Yaralanaram.
De ki, de ki,
Nərə çəkərəm.
AY çəkərəm, ox çəkərəm,
of çəkərəm, uf çəkərəm.
Məzələnməsəm, təzələnmərəm. 
Yer olmasa,
Vaxt solmasa,
Heç olmasa  
Yorğun könlün 
Xoş olmasa 
Demə mənə  
Mən sevgimi  
Kəsərəm.
Bu yoldan mən 
Küsərəm.
Bil ki canım 
Mən ölərəm, itərəm.
Sevgi yoxsa,
Arxayın ol 
Gəl mənimlə 
Məzəli-məzəli
Məzələn.
Təzələn.
 
Nazim Babayev
BAKU.WS