SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycanlı Nurlan İsmayılov Rusiyanın 1-ci kanalında yayımlanan "Qolos deti" yarışmasında münsif müğənni Nyuşanı özünə heyran edərək növbəti mərhələyə keçib. 
 
BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki,  11 yaşlı Nurlan İsmayılov yarışmada Polad Bülbüloğlunun "Pozvoni” mahnısını ifa edib. 

Münsif kürsüsündə əyləşən müğənni Nyuşa Nurlanın ifasına etinasız qalmayaraq çevrilib. Sonradan səhnədən çıxan müğənni Nurlanla birlikdə rəqs edib.

Qeyd edək ki, "Pozvoni" mahnısının müsiqisini Polad Bülbüloğlu, sözlərini isə Oneqin Hacıqasımov yazıb. İlk dəfə bu mahnı 1966-cı ildə radioda səsləndirilib. "Qolos" yarışmasında isə ilk dəfədir ki, bu mahnı ifa olunur.  
 
Verlişdən yaşanan həmin anların görüntüsünü sizə təqdim edirik:

Arzu Mirzəyeva
BAKU.WS