SİZİN REKLAM BURADA!
055 213 76 73


"Xəzəraxşamı" verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub.

BAKU.WS xəbər verir ki, məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar.

Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazın ailəsinə dəstək olub. Tamerlan qeyd edib ki, yeni layihə hazırlamaq üçün tanınmış reperlərdən birindən kömək istəyib.

Lakin o reper buna "Vaxtım yoxdur" deytərək etiraz edib. 

Çəkiliş zamanı Anar Nağılbazdan qalan şəxsi əşyaları da nümayiş olunub. 

Xatırladaq ki, sirrozdan əziyyət çəkən Anar Nağılbaz, 2018-ci il avqustun 4-də evə qayıdandan sonra vəziyyəti pisləşib. Ailəsi ona təcili yardım maşını çağırsa da, Anar Nağılbaz xəstəxanaya gedərkən daxili qanaxmadan yolda keçinib. Mərhum Masazır qəbiristanlığında torpağa tapşırılıb.

Ətraflı videoda:

BAKU.WS
VİDEO