SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə kinosunun məşhur aktyorlarından olan 72 yaşlı Nuri Alço ötən gün Əskişəhərdəki evində pisləşərək xəstəxanaya yerləşdirilib.

BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.

Alçonun müalicəsinin Əskişəhər Şəhər Xəstəxanasında davam edəcəyi açıqlanıb.

Əskişəhərli məşhur aktyor Nuri Alço dünən saat 15:00 radələrində evində narahatlıq keçirib.

Yaxınları tərəfindən Əskişəhərdə özəl xəstəxanaya aparılan Alço ilk müayinəsindən sonra ehtiyat tədbiri olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxana rəhbərliyi Nuri Alçonun səhhətinin vəziyyəti ilə bağlı açıqlamanı verib:

"Sənətçi Nuri Alço ürəkbulanma və yorğunluq şikayətləri ilə Əskişəhər xəstəxanamıza müraciət edib, lazımi müayinələr və ilkin tədbirlər aparılıb. Pasiyentimiz qan durulaşdırıcı (antikoaqulyant) qəbul etdiyindən sonrakı müayinə və müalicə üçün reanimasiya şöbəsinə yerləşdirilib. Ümumi vəziyyəti yaxşıdır, şüuru açıqdır."

BAKU.WS