SİZİN REKLAM BURADA!
055 213 76 73


"Yeşilçam"ın əfsanəvi aktyoru, "Malkoçoğlu" kimi tanınan Cüneyt Arkının ilk evliliyindən - Güler Mocandan olan qızı Filiz Cüreklibatır ögey anası Betül Cüreklibatır və qardaşları Murat Cüreklibatır ilə Kaan Polat Cüreklibatırı məhkəməyə vermişdi.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Cüneyt Arkının qızı atalarından ona qalan mirasın verilməsini tələb edib.

Filiz Cüreklibatırın Arkının ikinci arvadı Betül Cüreklibatır və iki qardaşına mirasdan əmlak oğurladıqları və pay ala bilmədikləri iddiası ilə açdığı məhkəmədə şahidlər dinlənilməyə başlanıb.

İstanbul 1-ci Mülki Cəza Məhkəməsində keçirilən prosesdə iddiaçı Arkının qızı Filiz, ikinci həyat yoldaşı Betül və vəkilləri iştirak edib.

Şahidlər qismində aktyor Nuri Alço da olub.

Cüneyt Arkının həyat yoldaşı Betül Cüreklibatırın adına ifadə verən aktyor Nuri Alço deyib:

"Sonuncu dəfə 1981-ci ildə Cüneyt Arkınla "Qatillər də ağlayır" filmini çəkmişdim. Yadımdadır, o vaxt Cüneyt Arkın üç filmə görə 10 min lirə qonorar alırdı. Yaxşı xatırlayıram ki, bu pulla daşınmaz əmlak ala bilməzdi. Ən yaxşı halda köhnə model avtomobilin qiyməti olardı. O zamanlar Cüneyt Arkının qayınatası olmasaydı, dolana bilməzdi. Bilirəm ki, Cüneyt Arkının Silivridə, Leventdə evləri, maşını var. Həyat yoldaşı Betül xanımın atasından gələn mal varlığı olub".

Qeyd edək ki, türk kinosunun əfsanəsi Cüneyt Arkın 2022-ci ildə 85 yaşında vəfat edib. Əsl adı Fahrettin Cüreklibatur olan aktyor 1964-cü ildə Halit Refiqin çəkdiyi "Kurbet kuşları" filmi ilə kinoya addım atıb.

BAKU.WS