SİZİN REKLAM BURADA!
055 213 76 73


"Survivor All Star"da Acun Ilıcalını hiddətləndirən Nagihan və Nefisenin cəzaları açıqlanıb.

Bu barədə BAKU.WS "Haberler.com"a istinadən xəbər.

Belə ki, yarışmada Nagihan mübahisə etdiyi Aleyna Kalaycıoğluna toxunaraq itələyib. Nefise Aleynaya dedikləri ilə davanı qızışdırıb.

Mübahisənin sonunda əsəbiəşən Acun Ilıcalı hirslənərək stulu yerə çırpıb.

Dünən axşam keçirilən məclisdə Nagihan və Nefiseyə verilən cəzalar açıqlanıb.

Ada məclisində çıxış edən Ilıcalı Nagihan Karadereyə iki seçim verərək deyib:

"Bütün hərəkətlərin qaydalara ziddir. Ya Aleynadan, yarışmaçılardan və bütün komandadan üzr istə, ya da Survivor karyeranızla vidalaş".

Baş verənlərə görə göz yaşlarına saxlaya bilməyən Nagihan Karadere məclisdə göz yaşları içində hər kəsdən üzr istəyib.

Belə hadisələrin təkrarlanmaması üçün yarışmaçılara xəbərdarlıq edən Acun Nefiseyə 2, Nagihana isə 5 mükafat oyununu qadağa edib.

BAKU.WS
VİDEO