SİZİN REKLAM BURADA!
055 213 76 73


Həyəcanla gözlənilən "Survivor All Star 2024"ün ilk fragmanı yayımlanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüntülərdə aparıcı Acun Ilıcalının çıxışı müzakirələrə səbəb olub. O yarışma zamanı "SMS yoxdur... Her qoyun öz ayağından asılacaq. Heç kimi günahlandırmayacaqsınız. Əgər yaxşı iştirakçısınızsa sona qədər özünüz gedəcəksiniz. Nagihan Karaderenin xəyalları gerçək olur. Onu sadəcə öz bacarıqsızlığı yarışmadan kənarlaşdıra bilər. Orada hansı bəhanələri eşidəcəksiniz bilmirəm" sözlərini söyləyiblər. 
Gələn ilin yanvarın 1-də tamaşaçılar qarşısına çıxacaq layihədə ilk toxunulmazlıq oyunu keçirilib. Bu zaman Poyraz və Turabi arasında dava düşüb. Turabinin həftələrdir etdiyi paylaşımları xatırladan Poyraz ona "2 aydır bütün hörmətsizlikləri edən bu adamdır. Çempionsansa əfəndi kimi davranacaqsan. Səni ağlacadağam" - deyərək qarşılıq verib.
Bundan sonra Turabi Poyraza hücum edərək onu təhqir edib:
"Sənin uşaq şüşə qabını (butulka) gətirdim. Soskanı da... Daha danışma! Sən mənə nəyisə öyrədəcək axırıncı adamsan".
Bundan sonra iştirakçılar bir araya gələrək Turabiyə mane olmaöğa çalışıblar. Aparıcı Acun Ilıcalı da Turabiyə xəbərdarlıq edərək "Survivor"da həyəcan təbili çalıram" sözlərini söyləyib. 
BAKU.WS
VİDEO

QALEREYA