SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Aygün Kazımova itinin fotosunu paylaşıb.

BAKU.WS xəbər verir ki, müğənni yorkşir teryer cins itinin şəklini paylaşaraq, "Kristli Yanita geyinib, "priçoskası” da hazırdır və oppalara gedir. Yeri gəlmişkən, onun "priçoska”sını mən düzəltmişəm” – qeydini yazıb.

"Yanoçkanın əsl adı Kristli Yanitadır. Anasının adı Kristli Jaklin, atasının adı isə Feiri Prins Stribran Prianidir”.
 
Qeyd edək ki, Yanitanın qarderobunda svarovski daşlarla bəzədilmiş geyimlər, idman, istirahət geyimləri, ayaqqabılar, corablar və saç broşkaları daxildir. 
Onun xüsusi tualeti, parfümləri var. İtin təyyarəyə, restorana və beş ulduz otelə getməyə icazəni təsdiq edən pasportu var. A.Kazımova Yanitanı özü ilə çəkilişlərə aparır. Gərgin qrafiki ona təsir etməsin deyə antistress dərmanlar verilir.
 
Aysel.Ş
BAKU.WS