Fevralın 1-dən etibarən paytaxt kinoteatrlarında "Ağanatiq” komediya filminin nümayişinə başlanacağı haqda xəbər vermişdik.

Filmdə "Ağanatiq” obrazını canlandıran əməkdar artist Cabir İmanov BAKU.WS-in canlı efirində qonaq olub.

Oxucuların suallarını cavablandıran C.İmanov filmin kiçik büdcəyə, cəmi-cümlətani 16-17 günə çəkildiyini qeyd edib. 

Aktyor oxuculardan birinin "Ağanatiq Receb İvediklə bənzər obrazdır” deməyini belə şərh edib: 

"Bir dəfə müsahibələrdən birində mənə Cem Yılmazdan sual vermişdilər. Dedim ki, Cem Yılmaz kimdir, mən onu tanımıram. İndi də eyni vəziyyətdir. Receb İvediki tanımıram. Onu da deyim ki, onda Cem Yılmazı tanımıram dediyimə görə o qədər peşmanam ki... Dostum Murad Dadaşovun israrlı təkidi ilə Cem Yılmaza baxdım. Və anladım ki, Cem Yılmaz türk KVN-çisidir”.

Xatırladaq ki, təqdimatı fevralın 1-nə nəzərdə tutulan "Ağanatiq” komediya filmində aktyorlar Cabir İmanov, Azər Məmmədzadə, Tahir İmanov, Emil Abbasov, Bəhram Bağırzadə, Ələkbər Əliyev, Şahin Nəsirov, Ziba Şücai, əməkdar artist Tünzalə Ağayeva, bəstəkar Elçin İmanov çəkilib.

BAKU.WS oxucularının ünvanladığı suallarını cavablandıran Cabir İmanovun video-görüntüsünü oxuculara təqdim edirik:

Aytən.H
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ