SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanın mərhum xalq artisti, tanınmış gitaraçı Rəmişin (Rafiq Hüseynov) doğum günüdür.

BAKU.WS xatırladır ki, Rəmiş 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinifndə alıb. Onun özünəməxsus yolu və gitaranı yaşatması, yaddaşlardan çıxmayan ifası onu xalqa sevdirdi.

O, Xalq artistləri Qədir Rüstəmov, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov və digərlərini müşayiət edib.

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı alətlərlərində professional şəkildə ifa edə bilir.

18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Xalq artisti" fəxri adına layiq görülüb.

Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir.

Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.

BAKU.WS