SİZİN REKLAM BURADA!
055 213 76 73


Alla Puqaçovanın Tver vilayətinə niyə səfər etdiyi məlum olub. 

BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, iddialara görə, Puqaçova mahnısını Tverdəki “Salam” studiyasında yaza bilər.

Tver bölgəsinə səfər edən müğənninin maşını məhz bu studiyanın yaxınlığında dayanıb.

Qeyd edək ki, “Salam” 1989-cu ildə səs mühəndisi İqor Laletin və gitara ifaçısı Mixail Salamov tərəfindən yaradılıb. Puqaçovadan əlavə, Filipp Kirkorov, Leonid Aqutin, İrina Alleqrova, Tatyana Ovsienko, Andrey Qubin, Alsou və başqa ifaçılar əvvəllər orada səs yazıblar. 

BAKU.WS