SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiyanın xalq artisti primadonna Alla Puqaçova ailəsi ilə Bakıya gəlib.

BAKU.WS-in məlumatına görə, Rusiyanın məşhur ifaçıları "Jara” festivalına Emin Ağalarovun dəvəti ilə gəlib. İfaçı Filip Kirkorov sosial şəbəkədə Alla Puqaçova və onun yoldaşı Maksim Qalkin ilə şəkil paylaşıb. O, "Bakı, ailəni qəbul et” yazıb. 

Alla Puqaçovanın qızı müğənni Kristina Orbakayte də şəhərimizin qonağıdır. Alla Puqaçova Bakı aeroportunda açıqlama da verib:

"Festivala lazım olanları hazırlamışam. 70 illik yubileyim ilə bağlı konsert planlaşdırıram. Əlbəttə, hər yerdə olmayacaq, amma Bakıda mütləq konsertim olacaq. Bir neçə ildirk ki, təyyarə ilə uçmuram. Özümlə mübarizə apardım və nəhayət təyyarəyə yenidən mindim”.

Ulduz ifaçılar İstaqram səhifəsində Bakıdan şəkillər paylaşıblar. Alla Puqaçova Bakıya AZAL-ın xüsusi reysi ilə gəlib.
 
Qeyd edək ki, Alla Puqaçovanın hazırda 68 yaşı var. Onun ad günü aprelin 16-dır. 

İman
BAKU.WS